29 Aprel 2018 17:10
2 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Serel Yerelinin İnstagram hesabında paylaşdığı açıq-saçıq fotosu bir çoxları tərəfindən tənqid olunub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, fotolarını “Yaşasın, azad Avropa” şərhi ilə paylaşıb.

Aralarında Dəmət Akalın və Əbru Polad kimi məşhurların da olduğu tənqidçilər Serelin Türkiyəyə geri qayıtmamasını məsləhət görüblər.

Müğənni isə tənqidçilərinə belə cavab verib:

“Namuslu görünmək kimlərə qalıb? İzmirliyəm. “Yaşasın, azad Avropa” demək “Türkiyəyə lənət olsun” anlamına gəlmir”.


Müəllif: Teleqraf.com