28 Aprel 2014 12:50

Bu gün Azərbaycanın 59-cu “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisi Dilarə Kazımova şou səhnəsindəki ilk məşqini edəcək.

Teleqraf.com-un xəbərinə görə, təmsilçimizin məşqi Bakı vaxtı ilə saat 18.30-da başlayacaq. O, Azərbaycanın müsabiqə mahnısını, “Start a fire” balladasını canlı ifa edəcək. Mahnını İohan Kronland, Alessandr Quthard, Stefan Örn yazıb. Müğənninin məşqi saat 19-dək davam edəcək. İfaçılar püşkatmada müəyyən olunan ardıcıllığa uyğun çıxış edəcəklər.

Xatırladaq ki, Dilarə Kazımova “Eurovision 2014” Mahnı Müsabiqəsinin mayın 6-də Kopenhagendə keçiriləcək birinci yarımfinalında səhnəyə 8-ci çıxacaq. Ümumiyyətlə isə 59-cu “Eurovision 2014” Mahnı müsabiqəsinin mayın 6 və 8-də yarımfinal, 10-da isə final mərhələsi baş tutacaq.

Pərvin


Müəllif: