19 Fevral 2015 15:18
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bozun 50 çaları” filminin qəhrəmanı aktyor Ceymi Dornanın həyat yoldaşı Ameliya erotik səhnələrlə bol olan ekran işinə baxmaqdan imtina edib.

Teleqraf.com Rusiya mətbuata istinadən xəbər verir ki, filmin ilk təqdimatı fevralın 11-də Berlin kinofestivalında baş tutub. Aktyor Ceymi xanımı ilə qırmızı xalı üzərinə çıxıb.

Şahidlərin verdiyi məlumata görə, aktyor həyat yoldaşının yanında günahkar kimi görünüb. Aktyor xanımının bu işdə onu dəstəklədiyini desə də, filmi izləməkdən imtina etdiyini söyləyib:

“Bu onun haqqıdır. Onun qərarıdır. Əlbəttə, erotik səhnələrdə məni başqa qadınla görmək onun üçün çox çətin olardı".

Rüstəm


Müəllif: