22 Mart 2015 12:59

Amerika pop musiqisinin kraliçası adlandırılan müğənni Madonnanın “Rebel Heart” adlı yeni albomu son həftə dünyada ən çox satılan albom olub.

Teleqraf.com publika.az istinadən xəbər verir ki, müğənninin sayca 13-cü rəsmi albomu olan “Rebel Heart” 315 min tirajla satılıb. Maksimum satışa baxmayaraq, ABŞ və Böyük Britaniyanın rəsmi hit paradlarında albom ikinci pillədə qərarlaşaraq ilk pilləni əldə edə bilməyib.


Ən çox satılan ikinci albom isə “Bozun əlli çaları” erotik filmin soundtreki olub. Top üçlüyü isə Sem Smitin debut işi oln “İn the Lonely Hour” albomu bağlayıb. Albom son həftə ərzində 114 min tirajla satılıb.


Teleqraf.com bu həftə ərzində dünyada ən çox satılan albomların TOP 10-luğunu təqdim edir.

Madonna — Rebel Heart (315.000)
Soundtrack — Fifty Shades Of Grey (126.000)
Sam Smith — In The Lonely Hour (114.000)
Soundtrack — Empire: Season 1 (111.000)
Luke Bryan — Spring Break: Checkin’ Out (103.000)
Sexy Power — Sexy Power 3 (101.000)
Les Enfoires — Sur La Route Des Enfoires (100.000)
Ed Sheeran – X (99.000)
Taylor Swift – 1989 (84.000)
Super Junior (Donghae & Eunhyuk) — The Beat Goes On (58.000)


Müəllif: