24 May 2014 13:43
1 769

Türkiyədə ən çox izlənilən seriallarından olan "Möhtəşəm yüzyıl"ın "Mihrimah Sultan"ından xoş xəbər var.

Gənc və istedadlı aktrisa Pelin Karahan yenidən ailə həyatı qurmaq qərarına gəlib.

6 ay əvvəl boşanan və yenidən evlənməsi üçün 10 ay gözləməli olan ulduz, bu müddətin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdi. 10 ay məsələsini eşidən aktrisann əhvalı çox pisləşmişdi. Nəhayət ki, ötən gün Pelin xoş xəbər alıb.

Artıq aktrisanın müraciətinə baxılıb və qəbul edilib. Pelin Karahan rahatlıqla ailə qura biləcəyi barədə razılıq verilib. 300 günlük müddətin aradan qaldırlması üçün hamilə olmadığını isbatlayan Karahanın istəyi hakim tərəfindən müsbət qarşılanıb. Beləliklə, ortada maneə olmadığı üçün o, 3 aylıq sevgilisi Bedri Güntayla nikah masasına oturacaq./anspress


Müəllif: