6 İyul 2015 13:47
674

65-ci Berlin kinofestivalında nümayiş olunmuş "Səhranın kraliçası" (Queen of the Desert) filminin treyleri çıxıb.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, rejissor Verner Hertsoqun ekranlaşdırdığı film ingilis yazıçı, kəşfiyyatçı, Şərq araşdırmaçısı Qertruda Bell barədə dramatik hekayədir. Filmdə Qertrudanın ərəb ölkələrinə səyahətləri, onun Böyük Ərəb üsyanında əhəmiyyətli rolu və britaniyalı zabit və səyahətçi Lourens Ərəbli ilə münasibətləri göstərilib. Filmin premyerası 2015-ci ilin oktyabr ayına təyin edilib.


Teleqraf.com videonu təqdim edir:

Rüstəm


Müəllif: