27 İyul 2015 10:16

Məşhur müğənnilər Uitni Hyuston və Bobbi Braunun yeganə qızı Bobbi Kristina Braun öz evinin hamamında huşsuz halda tapıldıqdan altı ay sonra - iyulun 26-da dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə NBC News-a onun ailəsi bildirib. 22 yaşlı Braun onun vətəndaş nikahında olduğu əri Nik Qordon tərəfindən yanvarın 31-də, Corciya ştatında Rozuell şəhərindəki evinin vanna otağında aşkarlanmışdı.

Bobbi Kristinaya məhkəmənin təyin etdiyi qəyyumu Qordona qarşı 10 milyon dollarlıq iddia irəli sürüb. Sənəddə bildirilir ki, qız onu komaya salan zədəni Qordonla mübahisə etdikdən sonra alıb. İddiaçının rəyinə görə, Braun Qordonun davranışı nəticəsində bədən xəsarətləri alıb. Qəyyumun versiyasına əsasən, Qordon anasından miras qalmış vəsaitlərdən əldə etmək üçün Bobbi Kristinanı döyməyə başlayıb. Bildirilir ki, Bobbi komada olanda Qordon onun bank hesabından 11 min dollardan çox pul oğurlayıb.

Rüstəm


Müəllif:
Загрузка...