4 Avqust 16:02

Eşşəklərə qoşulmuş oğurluq lüks "Mersedes" Cənubi Afrika Respublikası ilə Zimbabvenin sərhədində çaydan keçirilərkən yaxalanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, polis "Mersedes"i helikopterdən müşahidə altına alıb.

Maşın Zimbabvenin Musina qəsəbəsində saxlanıb.

Qaçıb aradan çıxmış oğruların "Mersedes"ə xüsusi qoşqu düzəltdiklərini görən polislər xeyli təəccübləniblər.

Ötən il də bir dəstə eşşəyə qoşulu oğurluq maşın sərhədin bu nöqtəsində – Limpopo çayında tutulub.


Müəllif: Mahir