16 Sentyabr 01:19

Türkiyənin Artvin rayonunun Hopa qəsəbəsindəki sərhəd-keçid məntəqəsindən Gürcüstana qeyri-qanuni keçmək istəyən rus qadın saxlanılıb.

Teleqraf.com xəbər verir ki, 46 yaşlı Gürcüstan vətəndaşı D.S-nin daşıdığı çamadan polislərin diqqətini çəkib.

Özünü şübhəli aparan həmin şəxs dayandırılıb və çantası yoxlanılıb. Çamadandan 27 yaşlı Rusiya vətəndaşı Ancelina Samuşenko çıxıb.

O, Antalya şəhərində 1 nəfərin ölümünə səbəb olan yol qəzasını törətdiyi üçün axtarışda olub. 42 gündür polislərdən gizlən qadın, bu yolla Gürcüstana qaçmağa cəhd edib.

Qeyd edək ki, D.S Gürcüstana deportasiya edilib. A.Samuşenko isə saxlanılaraq polis bölməsinə aparılıb. (qafqazinfo)


Müəllif: Teleqraf.com