4 Noyabr 17:40
383

25 ildir övlad həsrətisi olan 56 yaşlı qadın ikiqat sevinc yaşayıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyənin Manavqat şəhərində yaşayan Əbdürrəhman və Güllüşən Gözəl adlı cütlüyün 40 gün öncə əkiz uşaqları dünyaya gəlib.

Keysəriyyə əməliyyatı ilə doğulan uşaqların biri qız, biri oğlandır. Güllüşən Türkiyədə ən yaşlı əkiz anası kimi tarixə düşüb.

Hazırda ananın və uşaqların vəziyyəti yaxşıdır.


Müəllif: Aytən Yaşar