6 Mart 2018 08:07
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook” sosial şəbəkəsinə məxsus olan “Instagram” servisi rəqib “Snapchat” xidməti ilə auditoriya mübarizəsində öz funksionalını genişləndirməyə davam edir. Şirkət ötən ilin sonunda “Direct” messencerini sınaqdan keçirməyə başlayıb. Tezliklə isə “Instagram” servisində səsli zənglər və videoçatda ünsiyyət saxlamaq imkanı əlçatan ola bilər.

Teleqraf.com “ICTnyus”-a istinadən xəbər verir ki, müvafiq funksiyaların ad və ikonkaları “Instagram” və “Direct” mobil proqramlarının APK fayllarında aşkar edilib. “Instagram” şirkətinin səsli və video zənglər istifadəyə verməsi ilə bağlı şayiələr isə hələ cari ilin yanvarında yayılmışdı.

“Instaqram”ın nümayəndəsi yeni funksiyaların istifadəyə verilməsi haqda şərh verməkdən imtina edib, ancaq onların tətbiqi ehtimalı olduqca yüksəkdir.


Müəllif: Teleqraf.com