4 May 2018 15:15
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda ayı onunla selfi çəkmək istəyən taksi sürücüsünü parçalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Odisha Sun Times” nəşri məlumat yayıb.

Xəbərə görə, Prabhu-Bhattara adlı sürücü sərnişin aparan zaman yol kənarında yaralı ayı görüb. O, maşından enərək heyvanla selfi çəkmək istəyib. Gözlənilmədən ayı ona hücum edib. Sərnişin dəmir götürüb heyvanı uzaqlaşdırmaq istəsə də, ayı daha da vəhşiləşib.

Təcili yardım hadisə yerinə gələnə kimi sürücü aldığı yaralardan dünyasını dəyişib.


Müəllif: Ruslan