24 Aprel 2017 12:11
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 Azərbaycan Qran Prisinin açılışında iştirak edəcək türkiyəli meqa-star Tarkan 500 min dollar qarşılığında Bakıya gəlməyə razılıq verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İddiaya görə, sənətçi iyunun 23-də 2 saatlıq konsert proqramı üçün yarım milyon dollara anlaşıb.

Qeyd edək ki, ötənilki Formula 1 Grand Pri yarışlarına Enrike İqlesias, Kris Braun və Farrell Uilyams kimi dünya ulduzları dəvət edilmişdi.

Yayılan xəbərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxladıq. Hər iki təşkilatın sözçüsü müqavilə şərtlərinin konfedensial saxlandığını və rəqəm açıqlanacağı təqdirdə tərəflərdən birinin razılaşmadan imtina etmək haqqı olduğunu bildirib. Müqavilə imzalanarkən, tərəflərin qonararın məbləğinin açıqlanmamasına dair öhdəlik götürdüyü vurğulanıb.

Nərgiz


Müəllif: