22 İyun 2017 16:37
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə ildir kollektivdə yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşlar mövsümün sonunda mükafatlandırılırlar. Bu il də ənənəyə sadiq qalmışıq.

Bu sözləri 107-ci mövsümünü yekunlaşdıran Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Teleqraf.com-a açıqlamasında bildirib.

O, qeyd edib ki, mövsümün başa çatması ilə əlaqədar Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq:

“Tədbirdə “Mövsümün aktrisası”, “Mövsümün aktyoru”, “Mövsümün perspektivli aktyoru”, “Mövsümün perspektivli aktrisası”, “Mövsümün sevilən aktrisası”, “Mövsümün ən məhsuldar aktyoru”, “Bərpa tamaşasında uğurlu rola görə”, “Mövsümün ən işgüzar əməkdaşı”, “Mövsümün debütü - aktrisa”, “Mövsümün debütü - aktyor”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün ən yaxşı tamaşası” nominasiyaları üzrə qaliblər bəlli olacaq. Qaliblərə xüsusi priz və mükafatların verilməsi planlaşdırılır”.


Müəllif: Könül Əlibəyli