21 May 2017 16:59
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilarə Əliyeva və Elməddin Cəfərovun baş rollarda çəkildiyi Azərbaycan istehsalı “Hoqqa” komediya filminin Almaniyada qala gecəsi keçirilib.

Teleqra.com xəbər verir ki, ötən gün baş tutan qala gecədə filmin bədii rəhbəri Oqtay Əliyev, prodüseri Fariz Əliyev, aktrisa Dilarə Əliyeva və Vüsal Murtuzəliyev iştirak edib.

Quruluşçu rejissoru Cavid Təvəkkül, ikinci rejissoru Mehman Məmmədov olan filmdə xalq artisti Cəfər Namiq Kamal, aktyorlar Nofəl Şahlaroğlu, Vüsal Murtuzəliyev və başqaları çəkilib.


Müəllif: Pərvin