24 May 2017 11:32
5 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Fuad Poladovun doğum günüdür.

Teleqraf.com xəbər verir ki, 70 yaşa qədəm qoyan Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub.

132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.

Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib.

20 mart 1987-ci ildə xalq artisti fəxri adını alıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.

Müəyyən vaxtlarda Akademik Milli Dram Teatrının səhnəsində "Hamlet"də Hamlet, "Şah Qaçar"da Qacar, "Boy çiçəyi"ndə Həsənzadə, "Müsyo İbrahim və Quran çiçəyi"də Müsyo İbrahim obrazlarını yaradıb. Ötən ilin sonlarında teatrı tərk etdiyini açıqlayaraq bir daha o səhnədə heç bir tamaşada rol almayacağını da bildirmişdi.

30-dan çox filmdə rol alıb.


Müəllif: Nərmin