7 İyun 2017 22:25
2 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Konservatoriyası tərkibində musiqi kollecinin tələbələrinin iştirakı ilə Qusar Uşaq İncəsənət Məktəbində konsert proqramı nümayiş etdirilib.

Teleqraf.com xəbər verir ki, konsertdə təqdim olunan Azərbaycan, Avropa və rus bəstəkarların əsərləri maraqla qarşılanıb.

Musiqi kollecinin tələbələri fortepianoda solo ifalarla yanaşı, ansambl üçün yazılmış əsərləri də məharətlə ifa ediblər.

Musiqi kollecinin müəllimləri - Əməkdar müəllim Elmira Paşayeva, Rəna Kamilova, İradə Rəfizadə, Aygül Baxşiyeva, Ziyafət Acalova və başqalarının da iştirak etdikləri tədbirdə Qusar Uşaq İncəsənət Məktəbinin kitabxanasına kitablar hədiyyə edilib.

Tələbələr - İradə Məlikova, Müjgan Məmmədli, Amalya Agayeva, Nəzrin Salamzadə, Rafiq Bəkərov, Nigar Qənbərova, Məmmədəli Muradxanov, Röya Şahpələngova, Jalə Həmzəyeva, Cəmalə Abinzadə, Ülkər Əsədova, Əliyar Məmmədov, Aytəkin Babayeva, Günçin Səvzixanova, Ramilə Rəhmənova öz ifaları ilə hər kəsi heyran edərək alqışlanıblar.

Bölgələrdə klassik musiqinin inkişafı və gənc istedadların üzə çıxarılmasına kömək məqsədilə təşkil olunan konsertdə çıxış edən tələbələrin bir neçəsi vaxtilə Xaçmaz və Qusar musiqi məktəblərinin məzunları olublar.


Müəllif: Könül Əlibəyli