9 İyun 2017 13:20
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktyor, qızların sevimlisi Kıvanç Tatlıtuğun və “Gözəllər gözəli” titullu Tuba Böyüküstünün baş rollarda çəkildikləri “Cəsur və gözəl” adlı türk serialının dünən yayımlanan bölümündə maraqlı bir detal xüsusi diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, “Ay Yapım”ın istehsal etdiyi məşhur serial qəhrəmanlarının nikah şəhadətnaməsinə imza atarkən kağız üzərində yazdıqları ev ünvanının əslində bir mesaj olduğu ortaya çıxıb.

Cəsur Ələmdaroğlu obrazı imza zamanı ünvan bölməsinə “Atatürk küçəsi”, Sühan Korludağ obrazı isə “Cümhuriyyət küçəsi” yazıb. Bunun Atatürkə və Cümhuriyyətə atılan bir mesaj, semiotik bir kino işarəsi və ya tamamilə təsadüf olması sosial şəbəkələrdə minlərlə insan tərəfindən durmadan müzakirə olunub.


Müəllif: Könül Əlibəyli