İyulun 15-də Türkiyədəki hərbi çevrilişə cəhdlə bağlı yeni görüntülər ortaya çıxıb.
Teleqraf.com "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, Muğla bölgəsinin Marmaris rayonunda prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə silahlı basqın edən əsgər uğursuzluqdan sonra qadın paltarı geyinərək, qaçıb.
Hadisə anları təhlükəsizlik kamerasına əks olunub.
Qeyd edək ki, qaçan əsgərlərdən 7-i saxlanılıb, 11-inin axtarışları isə davam edir.
Həmin görüntüləri təqdim edirik:
Samir