13 İyul 2015 11:57

İtaliya hökuməti İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı mübarizə məqsədilə İraq ordusuna təlim keçməklə bağlı qərar qəbul edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu məqsədlə 110 italyan hərbçi İraqa göndəriləcək. Bu barədə İraq daxili işlər naziri Məhəmməd Səlim Əl-Qabban açıqlama verib.

Onun sözlərinə görə, məsələ İtaliyanın Bağdad səfiri Marko Karnelos ilə müzakirə edilib.

Samir


Müəllif:
Загрузка...