BMT-nin baş katibi Antonio Quterreş İsrail hökumətini Rəfah əməliyyatını dayandırmağa və gərginliyi azaltmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Oktyabrın 7-də HƏMAS-ın terror aktında 1100-dən çox israillinin öldürülməsindən, Qəzzada 34 mindən çox fələstinlinin öldürülməsindən sonra... bu kifayət deyilmi? Dinc əhali kifayət qədər ölüm və dağıntıya məruz qalmayıbmı?” - BMT-nin baş katibi çıxış etdi.
O, həmçinin Qəzza zolağında vəziyyəti yaxşılaşdırmaq üçün Kerem Şalom və Rəfah keçidlərinin açılmasını istəyib.