27 İyul 2015 08:29

Bakıda dünyada cəmi 100 ədəd istehsal edilən maşınlardan biri satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Turbo.az saytında satışa çıxarılan “Mersedes G55 AMG” maşınının “bırka”sında xüsusi qeyd var. Bu qeyddə bu modeldən cəmi 100 ədəd istehsal olunduğu və başqa buraxılışı olmayacağı vurğulanır. Modelin ilk nüsxəsinin Birləşmiş Ərəb Əmirliyinin şeyxinə təqdim edildiyi deyilir.

Qara (“Mat Arabia”) rəngli “Mersedes”in salonu fil sümüyündən yığılıb. 5500 kubsantimetr mühərrik həcminə və 507 at gücünə malik avtomobil 2011-ci il istehsalıdır.


Müəllif:
Загрузка...