13 May 2016 08:38
371

"Kopy-paste" təkcə Azərbaycanın deyil, xarici ölkələrin mətbuatlarında da ciddi problem olaraq qalmaqdadır. Bəzən dəqiqləşdirilməmiş bir məlumat bütün sayt və qəzetləri dolaşa bilir. Təəssüf ki, reytinq dalınca qaçan media özünə əziyyət verib xəbərlərin mənbəyini araşdırmağa həvəs göstərmir.

Məsələn, 72 yaşlı Hindistan vətəndaşı Daljinder Kaurun oğlan uşağı dünyaya gətirməsi dünən dünya mətbuatında sürətlə yayıldı. Günün sonunda məlum oldu ki, xəbərin heç bir əsası yoxdur, Hindistanın hansısa saytı şou yaratmaq üçün uydurmaya əl atıb.

Elə həmin gün Türkiyə mətbuatında "101 yaşında ana oldu" başlıqlı xəbər yayıldı. Guya İtaliyalı Anatolia Verdatella yumurtalıq köçürməklə 17-ci uşağını dünyaya gətirib. Özü də cərrahi əməliyyat Türkiyədəki xəstəxanaların birində həyata keçirilib.

Qısa araşdırmalardan sonra bəlli olub ki, fotodakı qadın ABŞ-da ötən il qız nəticəsini qucağına alan 101 yaşlı Rosa Camfield imiş.

Ayxan


Müəllif: