29 Aprel 2017 20:07
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının VIII konfransı keçirilib.

Teleqraf.com-un məlumatına görə, toplantıda təşkilatın sədri Bəxtiyar Abbasov çıxış edib. Daha sonra təşkilatın nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.

Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, təhsil şöbəsinin müdiri Eyvaz Eminaliyev də çıxış edib.

Konfransda təşkilatın qarşıdakı dövr üçün fəaliyyət proqramı müəyyənləşdirib. Rayon təşkilatının 31 nəfər tərkibdə şurası, 17 nəfərdən ibarət idarə heyəti seçilib. B.Abbasov yenidən sədr seçilib.

Toplantıda Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu iştirak edib.

Səxavət


Müəllif: