23 May 2017 10:37
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mosulun İŞİD-dən təmizlənməsi artıq an məsələsidir.

Teleqraf.com xəbər verir ki, bunu BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Jan Kubis bildirib. O, BMT Təhlükəsizlik Şurasında İraqdakı durum və Mosul əməliyyatı haqqında üzv dövlətlərin nümayəndələrinə məlumat verib.

İŞİD-in Mosulda varlığının artıq müvəqqəti xarakter daşıdığını söyləyən səfir Kubis terror təşkilatının mülkü insanlardan müdafiə qalxanı kimi istifadə etdiyini bildirib. O qeyd edib ki, hazırda əsas prioritet vətəndaşları qorumaqdan ibarətdir.

Kubis İraqda İŞİD-ə qarşı aparılan əməliyyatların ilin sonuna qədər başa çatdırılacağını dilə gətirib. O deyib ki, Mosul İŞİD-dən alındıqdan sonra şəhərdə ciddi işlər aparılmalı, habelə islahatlar həyata keçirilməlidir.

Mosulda 700 min şəxsin doğma evini tərk etdiyini qeyd edən xüsusi nümayəndə insanların məcburi olaraq bu addımı atdığını söyləyib: “200 min insan hələ də İŞİD-in nəzarəti altında olan ərazilərdə yaşayır”.


Müəllif: Cavad