18 İyun 2017 16:01
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Kubanın yanında olduğunu bəyan edib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Serey Lavrov son günlər ABŞ-Kuba münasibətlərinin pisləşməsi ilə müşahidə edilən durumu şərh edib.

Nazir deyib ki, rəsmi Vaşinqtonun anti-Kuba”siyasəti yürüdəcəyi barədə açıqlaması üzücüdür və bu məsələdə rəsmi Moskva Havanaya ilə həmrəyliyini bir daha təsdiqləyir.

Nazir həmçinin onu da qeyd edib ki, ABŞ administrasiyasının Kubaya qarşı yeni yanaşması soyuq müharibə ritorikasına bənzəyir.

Qeyd edək ki, ötən cümə günü ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçısı Barak Obamanın Kuba ilə başladığı normallaşma prosesini ləğv etdiyini açıqlayıb. O, Kubaya qoyulan sərmayələrin və turizmin birbaşa bu ölkəyə hərbi qazanc gətirdiyini iddia edib.


Müəllif: İlhamə Əbülfət