20 İyun 2017 11:01
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyada Bəşər Əsədə aid SU-22 qırıcısını vurduqdan sonra Moskva-Vaşinqton münasibətlərində gərginlik yaranıb. Rusiya olaydan sonra ABŞ ilə Suriya hava sahəsində qurulan əlaqələri təxirə saldığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, artıq ABŞ administrasiyası da Moskvanın son qərarına münasibətini ifadə edib.

Ağ Evin sözçüsü Sin Spayser Rusiyanın Fərat çayının qərbindən keçən təyyarələri vura biləcəyi haqda xəbərdarlığını kəskin tənqid edib: “Suriya rejimi və digərləri anlamalıdır ki, İŞİD-ə qarşı yaradılan koalisiya özünü müdafiə hüququna malikdir. Qarşıdurmanın artması bölgədə mövcud olan böhranı daha da dərinləşdirəcək. Bu regionda qarşıdurmanın artması heç kimə fayda verməz”.

Ağ Ev sözçüsü vurğulayıb ki, məcbur qaldıqları halda lazım olan hərbi addımları atacaqlar: “Suriyada problemləri kompleks şəkildə həll etmək lazımdır. İŞİD bütün xalqlara qarşı bir təhdiddir. Bunun üçün də tərəfdaşlarla birgə çalışmaq lazımdır. Biz ruslarla ünsiyyəti açıq tutmağa çalışacağıq”.

ABŞ-ın Baş Qərargah rəisi, general Cozef Danford da Rusiyanın Suriyadakı əməkdaşlıq kanalını təxirə salması və Fəratın qərbində keçən təyyarələri vura biləcəyi haqda mövqeyini şərh edib. General deyib ki, ABŞ qüvvələri bölgədə başının çarəsinə baxmaq qabiliyyətinə sahibdir.


Müəllif: Cavad