26 İyul 2017 16:46
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə qarşı yeni sanksiyalar qərarına sərt reaksiya verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı İran Nazirlər Kabinetinin toplantısında çıxışı zamanı danışıb.

Ruhani cavab tədbirlərinin görüləcəyini bildirib:

"Düşmən əhdinin bir hissəsini tapdalayırsa, biz də onlara layiqli cavab verərik. Sanksiyalar İran millətinin və dövlətinin əzimini qıra bilməz".


Müəllif: Samir