26 İyul 2017 19:45
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində iqtidarda olan Çin Kommunist Partiyası (ÇKP) üzvlərinə müraciət edərək dini inancların partiya üçün “qırmızı xətt” olduğunu bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hakim partiyanın üzvlərinə etdiyi yazılı mesajında xəbərdarlıq edib ki, dini inancı olan partiya üzvləri və məmurlar inancı tərk etməsələr cəza alacaqlar.

Kommunist Partiyası üzvləri üçün dini inanc məsələsinin “qırmızı xətt” olduğunu ifadə edərək onların bu inancları tərk etməsini istəyib.

Çində dini məsələlərə rəhbərlik edən Vang Zuoan CKP Mərkəzi Komitəsinin orqanı olan “Qiushi” jurnalında dərc etdirdiyi mqaləsində partiya üzvlərinə dini inanc məsələsində mesajlar verib:

“Partiya üzvlərinin dini inancı olmamalıdır. Bu, bütün üzvlər üçün “qırmızı xətt”dir. Partiya üzvləri marksist ateistlər olmalı, partiya qaydalarına əməl etməlidir. Partiya üzvü olan insanların dində dəyər və inanc axtarışına icazə yoxdur”.


Müəllif: Cavad