21 Noyabr 2017 15:41
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin PKK-nın Suriya qolu sayılan PYD-nin nəzarətində olan Afrinə əməliyyat başlaması üçün son hazırlıqları tamamlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bir gecə anidən gələ bilərik” sözləri PKK-nın təlaşına səbəb olub.

PKK-nın bölgədəki lideri Murad Qarailan Rusiya Prezidenti Vladimir Putindən yardım istəyib. O, Türkiyənin hücumuna qarşı çıxması üçün Putinə yalvarıb:

“Türkiyə Afrinə hücum etsə, bunu Rusiyanın fəaliyyəti kimi görəcəyik. Cənab Putinin bu plana qarşı çıxacağına inanırıq. Rusiya rəhbərliyindən bu istiqamətdə qərarlar gözləyirik”.


Müəllif: Samir