24 Noyabr 2017 20:27
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Suriyadakı silahlı kürd qruplaşmasına bundan sonra hərbi yardım etməyəcəklərini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentlərin telefon danışığında iştirak edən xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Hörmətli Tramp konkret şəkildə bəyan etdi ki, daha YPG-yə silah göndərilməyəcək. Tramp buna daha öncə son qoymaq lazım olduğunu da etiraf etdi", deyə Çavuşoğlu bildirib.

R. T. Ərdoğan isə iki ölkə arasındakı viza probleminin tam aradan qaldırılmasının zəruriliyini vurğulayıb.


Müəllif: Teleqraf.com