24 Noyabr 2017 22:29
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan XİN Misirdəki terror aktını qınayıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün Misirdə baş verən terror aktı ilə bağlı "Tvitter" səhifəsində yayılan bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Misirin Sinay yarmadasında məsciddə baş verən terror aktını qətiyyətlə pisləyir və qurbanların ailələrinə və Misir xalqına səmimi başsağlığımızı bildiririk. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi, terrorizmin bütün forma və təzahürlərini pisləyir".

Qeyd edək ki, bu gün Misirin Sinay yarmadasında məscidə hücum nəticəsində 235 nəfər ölüb, 120-dən çox adamın isə yaralandığı bildirilir.


Müəllif: Teleqraf.com