7 Dekabr 19:21
3 753

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanda səfərdədir.

Teleqraf.com xəbər verir ki, 65 ildən sonra Yunanıstana ilk səfər edən Türkiyə prezidenti kimi tarixə düşən Ərdoğan səfər çərçivəsində Prezident Prokopis Pavlopulos və baş nazir Aleksis Çiprasla görüşüb.

Görüşdən sonra Ərdoğan və Çipras birgə mətbuat konfransı keçiriblər.

Tərəflər 1923-cü il iyulun 24-də İsveçrənin Lozanna şəhərində imzalanan eyniadlı müqaviləyə münasibət bildiriblər. Bu müqavilə Türkiyə və Yunanıstan arasında sərhədlərin tanınması və münasibətlərə aiddir.

Çipras qeyd edib ki, Lozanna anlaşması azlıqları hüquqlarının müdafiəsini nəzərdə tutur: "Təhrik etmədən və qışqırmadan danışmağı bacarmalıyıq. Aramızda etibarlı əlaqəni yarada bilməliyik. Münasibətlərimiz 21-ci əsrə uyğun qurulacaq. Əlaqələrimiz həm Egey, həm də Aralıq dənizində sülhə xidmət edəcək. Bütün bunlar Lozanna anlaşmasına söykənməlidir. Anlaşmanın yenidən dəyişdirilməsinə müzakirə mövzusu deyil. Biz bunu prezidentlə açıq danışdıq. Bir-birimizi anlamalıyıq. Bölgədəki problemlər həll edilməlidir. Buradakı it döyüşü böyük risk yaradır. EgeYdə gərginliyin azaldılması üçün görüşlərin başladılmasına razılıq verdik".

Ərdoğan isə Çiprasın fikirlərinə etiraz olaraq qeyd edib ki, Lozanna müqaviləsi 94 il əvvəl imzalanıb. Bu, Türkiyə və Yunanıstan arasında imzalanan müqavilə deyil: " Həmin müqavilədə Yaponiya, İngiltərə və Portuqaliyanın belə adları var. 94 il ərzində dünya yenidən qurulub. Türkiyə ilə Yunanıstan arasında bir çox məsələ dəyişb, inkişaf edib. Məsələn, Lozanna müqaviləsində Yunanıstandakı türklərlə bağlı müsəlman ifadəsi işlədilib. Avropa İnsan Haqları Məhkəməsində isə türk ifadəsi işlədilir. Türkiyədə keşiş təyin edilmir, seçilir. Onu kilsə məclisi seçir və Türkiyə vətəndaşı olması şərtdir. Ancaq Qərbi Trakiyada müsəlmanların baş müftisini hələ də oradakı din adamları seçə bilmir. Bu, necə Lozanna müqaviləsidir? Deməli, Lozanna müqaviləsi tətbiq edilmir. Onu bu şəkildə tətbiq etməliyik. Qərbi Trakiyada türk sözünün işlədilməsini belə həzm edə bilmirlər. Türkiyədə yunanlara qarşı belə davranışı görə bilməzsiniz. Məncə, bizim bir dəfə bunları deməyimiz lazımdır. Təbii ki, hərbi məsələdə də çətinliklər yaşanır. Siz NATO üzvlüyündən çıxandan sonra yenidən üzv olmaq istəyərkən biz sizə dəstək verdik. Biz mane olsaydıq, siz NATO-ya yenidən üzv ola bilməzdiniz. Biz məsələyə qonşu kimi baxdıq, yenə də elə baxırıq”.

Rəcəb Tayyib Ərdoğan Kipr məsələsində də Yunanıstan hakimiyyətinin tutduğu mövqeyi tənqid edib.

Türkiyə prezidenti Yunanıstanın baş naziri Aleksis Çiprasla görüşündə heç bir dövlətin torpağında gözlərinin olmadığını vurğulayıb.


Müəllif: Samir