15 Dekabr 2017 21:58
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Özbəkistan və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur".

Teleqraf.com xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev Özbəkistan Konstitusiyasının qəbul edilməsinin 25 illiyinə həsr olunmuş qəbulda deyib.

"Əminəm ki, yaranmış dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin maraqları, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiyada sülh, təhlükəsizlik və sabitlik naminə inkişaf etməkdə davam edəcək", - diplomat bildirib.

O həmçinin vurğulayıb ki, Özbəkistan əhalisi üçün Konstitusiya Günü tarixi, siyasi və sosial əhəmiyyətə malik ümummilli bayramdır.

Ş.Fayziyev qeyd edib ki, Özbəkistanda bundan sonra da Konstitusiyada təsbit edilmiş vətəndaşların hüquq və qanuni maraqlarının təmin edilməsi işi davam etdiriləcək.


Müəllif: Teleqraf.com