15 Yanvar 2018 22:19
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır.

Teleqraf.com xəbər verir ki, bu açıqlama Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çıxış edib.

H.Hacıyev qeyd edib: "Azərbaycan tərəfi Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır".

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaşma tərəfdarı olduğunu deyib.
“Məsələyə mərhələli yanaşma lazımdır. Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək”, - deyə Lavrov vurğulayıb.


Müəllif: Kəmalə