17 May 12:53

Mayın 12-də İraqda keçirilən parlament seçkilərində Kərkük türkmənlərinə qarşı böyük haqsızlıq edilib. Seçkilərin nəticələri saxtalaşdırılıb. Türkmənlər hüquqlarının bərpası üçün seçkilərin nəticələrinə etiraz edərək küçələrə çıxıb, öz haqlarını tələb ediblər.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) türkmənlərə qarşı olan saxtakarlığı pisləyib və onların haqlı olan etiraz aksiyaları dəstəkləyib.

ALDP hesab edir ki, türk dünyası Kərkükda qanbir, canbir soydaşlarımıza qarşı haqsızlığa göz yummamalı, İraq hakimiyyəti tərəfindən icra olunan saxtakarlığa etirazını çatdırmalı və türkmənlərə mənəvi dəstəyini ifadə etməlidir.


Müəllif: Cavad
Загрузка...