18 May 2018 15:19
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl Azərbaycanda klinik farmokologiya üzrə mütəxəssis axtaranda bir nəfər ixtisasçı tapdıq. Bu gün qanuna ediləcəyimiz dəyişiklikdən sonra isə bu məsələ ciddi problem yaradacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Rəşad Mahmudov Milli Məclisdə “Dərman vasitələri haqqında” qanuna əlavə və dəyişikliklərə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, bu qanunun qəbulundan sonra 600-dən çox dövlət və özəl xəstəxanalarında farmokoloqlar təyin olunmalıdır:

“Bu şəxslər vəzifələrinin ciddiyyətinin fərqində deyilsə, bu, bizə problemlər yaradacaq. Hesab edirəm ki, bu maddə qanundan çıxarılmalıdır”.

Millət vəkili son günlər istər Milli Məclisdə, istər cəmiyyətdə saxta dərmanlarla bağlı müzakirə olunan məsələyə də münasibət bildirib:

“Saxta dərman" və "qanunsuz gətirilmə" ifadələri bir-biri ilə qarışdırılır. Qanunsuz ölkəyə gətirilən dərmanlarla bağlı aparılan tədbirlər təqdirəlayiqdir. Lakin qanunsuz qəbul edilən dərmanların ölkədə olmaması səbəbindən bu gün tibb işçiləri müalicə işinin normal aparılmaması ilə üz-üzədir. Bu istiqamətdə hüquq-mühafizə orqanları tərəfindən tədbirlərin görülməsinə ehtiyac var”.

Millət vəkili Əhliman Əmiraslanov ölkədə farmokologiya sahəsində mütəxəssislərin sayının yetərli olmadığını deyib.


Müəllif: Nemət