14 İyul 2016 12:35
226

“2012-ci illə müqayisədə bütün fənlərdən müsbət qiymət alanların faiz göstəricisi 17 faiz artıb”.

Bu sözləri Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi və əhatəliliyi ilə bağlı çıxışı zamanı deyib.

E.Əmrullayev qeyd edib ki, son 3 ildə IX sinif buraxılış imtahanlarında bütün fənlərdən müsbət qiymət alan məzunların sayı 14615 (30 faiz) nəfər artıb.

“2012-ci ildə 50% şagird müsbət nəticə göstərmişdisə, bu il bu rəqəm 67.3 %-ə çatıb. İllər üzrə dinamikaya baxsaq, bu artımı müşahidə edirik. Bir fəndən “2” alan şagirdlərin sayında 30% azalma müşahidə edilir. Ən çox müzakirə olunan məsələ “2” alan şagirdlərlə bağlıdır. Bu məsələyə rəqəmlərlə aydınlıq gətirmək istırdik. Belə ki, 2013-cü ildə 9-cu sinif üzrə “Ana dili”ndən 37693 şagird “2” almışdısa, bu il rəqəm 20000-ə düşüb”.

Onun sözlərinə görə, ölkə üzrə əksər rayonlarda müsbət dinamika müşahidə edilməklə yanaşı, ən yüksək dinamika Təhsil Nazirliyinin pilot qaydada inkişaf tədbirləri keçirdiyi rayonlarda qeydə alınıb. Pilot rayonlarda orta hesabla 13 faiz, digər rayonlarda isə orta hesabla 1.6 faiz yaxşılaşma olduğunu deyən E.Əmrullayev ən yüksək müsbət dinamikanın Astara (22 faiz), Ağcabədi (16 faiz), Sabirabad (14 faiz), Masallı (11 faiz) və Cəlilabad (9 faiz) rayonlarında müşahidə edildiyini bildirib.

İlhamə


Müəllif: