19 İyul 2016 15:34
361

Səhiyyə Nazirliyinin koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiyası tərəfindən bu günə qədər 250-dən çox lal-kar uşaq qeydiyyata alınıb.

Bu barədə Teleqraf.com-ma nazirliyin məbuat xidmətindən məlumat verilib. Müayinələrdən sonra 120 uşaq koxlear implant əməliyyatın icrası uçun seçilib.

Bu günə kimi Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 18 uşaqda uğurla koxlear implant əməliyyatı aparılıb. Hazırda 100-dən çox uşaq koxlear implantatsiya əməliyyatı üçün siyahıya alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən bu gün dünyada 360 milyona yaxın insan karlıq və ya eşitmə qabiliyyətinin zəifliyindən əziyyət çəkir. Onlardan 165 milyonu - 65 yaşdan yuxarı şəxslər, 32 milyonu eşitmə maneəli 15 yaşınadək uşaqlardır.

İlhamə ƏBÜLFƏT


Müəllif: