27 İyun 2014 14:05
789

Bu gün tanınmış teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslanın anım günüdür.

Teleqraf.com xəbər verir ki, aktyor ağır xəstəlikdən sonra 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.

Xatırladaq ki, Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib və bir çox obrazların mahir ifaçısı olub. 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru kimi fəaliyyət göstərib və rəngarəng obrazlar yaradıb. Televiziya tamaşalarında yüzdən çox obrazı canlandırıb.

S.Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1982-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü olub."Şərəf" ordeni ilə təltif edilib.

Aytən Həsənova


Müəllif: