24 Aprel 2017 12:35
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni təsis edilmiş “Söz qonağı” ədəbi məclisinin ilk tədbiri dünən baş tutub.

Teleqraf.com-un məlumatına görə, ədəbi məclis ilk toplantısına sosial şəbəkələrdə paylaşılan elana uyğun olaraq xeyriyyə tədbiri kimi start verib.

Tədbirdə giriş sözü ilə “Söz qonağı”nın təsisçisi şair İlham Qəhrəman çıxış edərək məclisə ürəyinin hökmüylə gələn qonaqları salamlayıb. O, xeyriyyə tədbirindən əldə olunan vəsaitin son vaxtlar səhhətində problem yaranan yazıçı Kənan Hacının müalicəsinə sərf olunacağını bildirib.

İlham Qəhrəman belə tədbirlərin ölkənin hər yerində keçirilə biləcəyini, sadəcə yerlərdə bunu arzulayan və təşkil etməyi bacaran insanlara ehtiyac olduğunu vurğulayıb.

Daha sonra gənc aşıq Seymur Laçınlının çıxışı ilə məclis başlanıb. Məclis iştirakçıları bədii qiraətçilər Zülfiyyə Eldarqızının və Gülnar Yusifqızının ifalarında Musa Yaqubun, Eldar Baxışın, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin, Ağa Laçınlının, Musa Urudun, Qulu Ağsəsin, İlham Qəhrəmanın və Kənan Hacının şeirlərini dinləyiblər.


Müəllif: