24 Aprel 2017 12:44
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan prezidenti Əşrəf Qəni və bu ölkənin xarici işlər naziri Səlahəədin Rabbani Azərbaycana səfər edəcək.

Səfər bu ilin dördüncü rübündə baş tutacağı gözlənilir. Dövlət başçısı və nazir Əfqanıstanda sülh və inkişafın təmin edilməsi məsələləri ilə məşğul olan "Asiyanın ürəyi - İstanbul prosesi " çərçivəsində XİN başçılarının iclasında iştirak edəcəklər.

Səfərin dəqiq tarixi diplomatik kanallar vasitəsiylə daha sonra müəyyən ediləcək.

Xatırladaq ki, martın 17-də Bakıda "Asiyanın ürəyi - İstanbul prosesi" prosesində iştirak edən ölkələrin yüksək səviyyəli rəsmilərinin iclası keçirilib. Azərbaycan tədbirə bu il prosesin həmsədri bir kimi ev sahibliyi edib. (report.az)


Müəllif: