24 Aprel 2017 14:44
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürücü Kənan Kərimli idarə etdiyi avtomobilə ağır qəzadan qurtulub. O, bunu əks etdirən videonu Avtosfer.az-a göndərib.

Videodan aydın görünür ki, aprelin 17-i saat 13:54-də qarşılıqlı hərəkət olan yolda üç avtomobil təhlükəli vəziyyət yaradaraq ötmə əməliyyatı aparır. Onlardan ikisi "Mercedes", biri isə "VAZ-2107" markalı avtomobildir. Yaxınlaşmaqda olan avtomobilin yoluna çıxan və yüksək sürətlə hərəkət edən "Mercedes"lər toqquşmadan yayınmaq üçün sağa çəkilə bilir. "07"nin sürücüsü isə qəfil tormoz verir və avtomobilin sol tərəfi "qaçır". Bunu zaman qarşıdan gələn Kənan Kərimlinin idarə etdiyi avtomobillə toqquşma təhlükəsi yaranır. K.Kərimli maşını tam olaraq sağa çəkərək yol çiyninə çıxardır və qəzadan yayındıra bilir. Avtomobil yerində fırlanaraq üzü əks istiqamətə dayanır. Qəza şəraiti yaradan sürücü isə maşını saxlayaraq Kənan Kərimlinin maşınına yaxınlaşıb "görmədim” deməklə özünə haqq qazandırmağa çalışır.

Kənan Kərimli bildirir ki, həmin avtomobildə 5 nəfər olub və qorxulu anlar yaşayıblar.


Müəllif: