24 Aprel 2014 10:20

Bakıda güclü partlayış baş verib.


"Axar.az"ın hadisə yerinə yaxın ərazidə olan əməkdaşı xəbər verir ki, partlayış Bayılla İyirminci sahə arasında yerləşən "İkinci" adlanan yerdə baş verib.

İlkin ehtimala görə, partlayış neft çənində olub.

FHN yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, yanğının qarşısı alınır.

Feysbuk sosial şəbəkəsində bildirilir ki, ölən və yaralananlar var.

Yanğın artıq söndürülüb. Partlayışın gücündən hasar uçub.


Müəllif: