28 Aprel 2017 11:22
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir.

Teleqraf.com xəbər verir ki, yığıncaqda AMEA prezidenti Akif Əlizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, dövlət və hökumət rəsmiləri, komitə sədrləri və başqa qonaqlar iştirak edir.

Tədbirdən öncə qonaqlar Akif Əlizadə və Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiyanın fəaliyyətini əks etdirən elmi-nailiyyətlər sərgisi ilə tanış olublar.

Ümumi yığıncaqda AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, Nizami Gəncəvi adına Qızıl medalının və AMEA-nın adlı mükafatlarının təqdimatı nəzərdə tutulub.

Qeyd edək ki, bu il AMEA-nın ümumi yığıncağı 2 dəfə - aprelin 28-i və mayın 2-də keçiriləcək. Mayın 2-də AMEA-nın Rəyasət Heyətində baş tutacaq ümumi yığıncaqda isə AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezident və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək.


Müəllif: