19 May 11:35
119

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğın hadisəsindən 2 il ötür.

Teleqraf.com xəbər verir ki, yanğın 2015-ci il mayın 19-da səhər saat 10:30-da başlayıb.

Hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər yaralanıb. Yanğına səbəb binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilir.

Hadisənin ardından Prezident İlham Əliyevin nəzarəti altında xüsusi komissiya yaradılıb. Yanğın nəticəsində həlak olanların, evini itirənlərin ailələrinə kompensasiyalar ödənilib, günahkarlar məsuliyyətə cəlb olunaraq cəzalandırılıb.


Müəllif: İlhamə Əbülfət