22 May 2017 10:59
2 532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya dağılmayacaq, ancaq yadplanetlilərlə görüş baş tutacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiyada yayımlanan "Ekstrasenslərin savaşı" yarışının azərbaycanlı iştirakçısı Məlahət Nəzərova deyib.

Onun sözlərinə görə, dünyanı müharibə və inqilablar bürüyəndə Rusiya "təhlükəsiz ada" olacaq:

"Bütün Sovet İttifaqı ölkələri Rusiyaya sığınacaq. Yaponiya və Almaniya isə Rusiyanın ən etibarlı tərəfdaşı olacaq. Bu il isə yadplanetlilərlə rəsmi görüş baş tutacaq".

Ekstrasens görüşün Rusiyada keçiriləcəyini əlavə edib.

Qeyd edək ki, Məlahət Nəzərova vaxtilə SSRİ-nin dağılmasını, Dağlıq Qarabağ münaqişəsinin getişatını, Azərbaycanda bir sıra siyasi prosesləri və “Rusiyanın parlaq gələcəyi”ni proqnozlaşdırmışdı.


Müəllif: Samir