25 May 2017 11:05
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara Almaniyadan Türkiyəyə səfər edəcək millət vəkillərindən ibarət nümayəndə heyətinin səfərini ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya xaricin işlər naziri Siqmar Qabriel bildirib.

Nazir Ankaranı alman deputatlara qadağa tətbiq etməkdə günahlandırıb və Almaniya-Türkiyə dialoqunun asan baş tutmayacağını deyib.

Xatırladaq ki, Alman Federal Məclisinin bir qrup deputatı 25-28 may tarixlərində Ankara, Diyarbəkr və İstanbulda siyasətçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirməyi nəzərdə tuturdu.


Müəllif: Cavad