12 Avqust 13:17

Azərbaycandan Kərbəla, Məşhəd, Nəcəf və digər müqəddəs şəhərlərə ziyarətlərin təşkili istiqamətində hazırlıq işləri görülür.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Teleqraf.com-a bildirilib ki, hazırda idarə Həcc ziyarətinin təşkili ilə məşğuldur:

"Həcc ziyarəti başa çatdıqdan sonra müqəddəs şəhərələrə ziyarətlər təşkil olunacaq".

Məlumata görə, müqəddəs şəhərlərə ziyarətləri yalnız QMİ təşkil etməyəcək: "QMİ ilə bərabər digər şirkətlər də müqəddəs şəhərlərə ziyarətlərin təşkilini həyata keçirir".


Müəllif: Teleqraf.com