13 Avqust 11:59
114

İyulun 22-də Azərbaycana gələn İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Cövşən” və “Peykan” raket katerləri avqustun 13-də Bakı limanını tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İran vəRusiya hərbi gəmiləri "Dəniz kuboku – 2017" beynəlxalq yarışlarında iştirak etmək üçün Bakı limanına gəlmişdilər.


Müəllif: Səxavət